About our school

Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil idarəsi Nizami rayonu N.Həmzəyev adına 238№-li orta məktəbin 2010/2011-ci il tədris ilindəki fəaliyyətinə dair:
   
Talıbov İlqar Əhli oğlu-məktəbin direktoru.

       N.Həmzəyev adına 238 saylı məktəb 1964-cü ildən fəaliyyət göstərir.Məktəb 960 şagird yerlikdir.İkinövbəli məktəb alıgünlük iş həftəsi ılə işləyir.Müəllimlərin sayı 160, şagirdlərin sayı 1255 nəfər, müəllim-şagird nisbəti 1:8 nisbətində-dir.
       Ali təhsilli müəllimlərin sayı (faizlə) 152(95%), fənn müəllimlərinin komplektləşdirmə faizi 100 %-dir.Son üç ildə məktəbin məzunlarının ali məktəblərə qəbul faizi uyğun olaraq 42.59%, 52.25%, 53.21% olmuşdur.Qəbul imtahanlarında 500-700 bal toplamış abituriyentlərin sayı (faizlə) isə 8(17%), 10(16%), 18(31%) təşkil etmişdir.
       N.Həmzəyev adına 238 saylı məktəbin 2010/2011-ci ildəki fəaliyyətinə dair təqdimata Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevnin 2010/2011-cı tədris ilində keçirilmiş “Ən yaxşı ümumi təhsil müəssisəsi” müsabiqəsininqaliblərinin mükafatlandırılması haqqında Sərəncamı ilə başlayıram. Bu isə illik fəaliyətimizlə bağlı aşağıda sadalanacaq işlərin məntiqi sonluğudur.
      2010/2011-ci tədris ilinin əlamətdar hadisələrindən biri də ibtidai sinif müəllimi Səkinə İsmayılovanınAzərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevnin Sərəncamı ilə 2010/2011-cı tədris ilində keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsininqalibi elan edilməsidir.

         Məktəbimizdə 1 nəfər əməkdar müəllim, 4 nəfər “Ən yaxşı müəllim” müsabiqəsininqalibi çalışır.
       Cari ildə uğurlarımızın bir hissəsi də şagirdlərimizin nailiyyətləri ilə bağlıdır. Respublikada keçirilən olimpiada və müsabiqələrdə şagirdlərimizin böyük uğurları olmuşdur. X sinif şagirdi Türanə Hüseynova məktəblilərin fənn olimpiadasının Respublika turunda Ana dili və ədəbiyyat fənnindən III yerə layiq görülmüş, diplomla təltif edilmişdir.
       Aprel ayında Bakıda 36 ölkə arasında keçirilən İNEPO Beynəlxalq layihə olimpiadasının final mərhələsində məktəbimizi təmsil etmiş biologiya müəllimi Afət Həsənova və şagirdlərimizdən Maya Abbasova, Lalə Həsənova 2 nominasiya üzrə olimpiadanın sertifikatını qazanmışlar.

       Şagirdlərin müsabiqə və olimpiadalarda fəal iştirak etməsini təmin etmək üçün Olimpiada Komitəsinin işini canlandırmışıq. Olimpiada Komitəsinin tərkibinə daha fəal müəllimlərimizi cəlb etmişik.
       Türkiyə Cumhuriyyətindən məktəb müdiri Müzəffər Sarının Təhsil Nazirliyinə ünvanladığı məktub Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən baxılaraq, N. Həmzəyev adına 238 № li tam orta məktəbə Bilkənt Əmlak Bankı İlköğretim məktəbi ilə qardaşlıq əlaqələri qurulması təklif olunmuşdur.
       Qardaş Türkiyə dövləti ilə Azərbaycan arasında dostluq əlaqələri dərin köklərə malikdir. Ortaq tariximiz və mədəniyyətimiz xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır.
       Məktəblərimiz arasında qardaşlıq əlaqələrinin yaranmasının bu yaxınlaşmanı daha da dərinləşdirəcəyinı nəzərə alaraq adı çəkilən məktəbin rəhbərliyi ilə internet və telefon əlaqəsi saxlanılmış, bir qrup şagird və müllimin ölkəmizin təhsili, mədəniyyəti, incəsənəti ilə yaxından tanış olması üçün Azərbaycana gəlişinin məmnuniyyətlə qəbul edildiyi bildirilmişdir.13-18 iyun tarixlərində qardaş məktəbin bir qrup müəllim və şagirdinin məktəbimizə ziyarəti baş tutdu.


       Hal-hazırda iki məktəb arasında dostluq və qardaşlıq əlaqələrinin geniş şəkildə qurulması üçün bütün zəruri tədbirlər həyata keçirilir.
       Məktəbimiz 2010-cu ildən həyata keçirməyə başladığıdigər Beynəlxalq layihədə -İEARN (International Education and Resource Network) BTVRŞ (Beynəlxalq Təhsil və Resurs Şəbəkəsi) ilə birgə başlanılmış yeni layihədə uğurla təmsil olunur.
       İEARN (International Education and Resource Network) BTVRŞ (Beynəlxalq Təhsil və Resurs Şəbəkəsi) dünyanın ən geniş qlobal şəbəkəsidir ki, bu müəllimlərə və şagirdlərə internet və digər texnologiyalardan istifadə etməklə öyrənməni artırır və dünyada dəyişiklik edəcək layihələrlə bağlı əməkdaşlıq etməyə imkan yaradır.
       Avropa ictimaiyyətinin maliyyələşdirdiyi başqa bir layihə-“Demokratiya səninlə başlayır” layihəsi də məktəbimizdə uğurla həyata keçirilən layihələrdəndir.Hər iki layihəyə “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi Solmaz Süleymanova rəhbərlik edir.

       Hazırda məktəbdə “Fənn kurikulumlarının tətbiqi və innovasiya” mərkəzi fəaliyyət göstərir. Mərkəzə “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi İradə Bayramova rəhbərlik edir.İndi sevindirici haldır ki, əksər müəllimlərimiz fəal təlim texnologiyalarını mənimsəyərək öz işlərində tətbiq edirlər. Müəllimlərimiz mətbuat səhifələrində maraqlı yazılarla çıxışlar edir, pedaqoji ustalıqlarını, yaradıcılıqlarını, keçirdikləri sinifdənxaric tədbirləri mətbuat səhifələrində işıqlandırırlar.
       Martın 4-də məktəbimizdə keçirilən “Zamanın tələbi- fənn kurikulumlarının tətbiqi” dərs konfrans, şəhər tədbiri bu sahədə ilin uğurlu tədbiri hesab edilir.Tədbirdə Kurikulum Mərkəzinin direktoru, pedaqoji elmlər namizədi, dosent Ənvər Abbasov, Təhsil Nazirliyinin dərslik və nəşriyyat şöbəsinin əməkdaşı Günel Seyidova, Kurikulum jurnalının baş redaktorunun müavini, fizika-riyaziyyat elmləri namizədi Sahib Mənsimov, Beynəlxalq məsləhətçi Alex (Andru) Krisan iştirak edirdi.Tədbirdə həmçinin ibtidai təhsilin kurikulumu şöbəsinin müdiri, pedaqoji elmlər namizədi, dosent Bibixanım İbadova, şöbənin böyük elmi işçiləri Eteri Bəkirova, Kəmalə Haqverdiyeva, Məlahət Əliyeva, Bakı şəhəri üzrə Təhsil İdarəsinin metodkabinetinin Nərimanov-Nizami rayonları üzrə əməkdaşı Validə Rzaməmmədova, Nizami rayonunda yerləşən ümumtəhsil məktəblərinin rəhbərləri, ibtidai sinif müəllimləri və KİV-nin nümayəndələri iştirak edirdi. Tədbir iştirakçıları fənn kurikulumlarının tətbiqi ilə bağlı məktəbdə görülmüş işlərlə tanış edildi.Onlara məktəbdə fənn kurikulumlarınıntətbiqindən əldə olunmuş uğurlar və qarşıya çıxan çətinliklər barədə məlumat verildi.Sonra 5 ibtidai sinifdə dəslər və “İlin müəllimi” müsabiqəsinin qalibi İradə Bayramovanın “Öyrənməyi öyrətmə strategiyaları” təqdimatı dinlənildi. Dinlənilən dərslərin video yazısı Kurikulum portalına yerləşdirilmişdir.
       Məktəb şagird şurasının sədri IX sinif şagirdi Maya Abbasova “ Uşaqdan uşağa sülh şəbəkəsi”nin (“Liderlər məktəb”nin) müdavimidir.Bakı Şəhəri üzrə Təhsil İdarəsinin keçirdiyi “Azərbaycanın azadlığı və suverenliyi uğrunda” adlı inşa müsabiqəsində I dərəcəli diploma layiq görülmüş, İnşa yazısından bir hissə “Bakı Təhsili” qəzetində nəşr olunmuşdur.
Cari dərs ili şagirdlərimizin bir çox uğurları ilə də yaddaqalan oldu. Belə ki:
1. Zeynalabdin Şükür oğlu Bağırzadə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci il dönümünə həsr olunmuş “şeir” müsabiqəsində – I yer, “28 May – Respublika günü”nə həsr olunmuş “Mənim doğma Azərbaycanım” mövzusunda keçirilmiş “şeir” müsabiqəsində fərqlənmə diplomuna layiq görülüb.

2. Dilbazi Babək qızı Abbaszadə “Novruz bayramı”na həsr olunmuş “Bahar nəğmələri” Musiqi Festivalında solo ifa nominasiyası üzrə – II yer
3. Yasin Xalid oğlu Fazilzadə 9 noyabr – “Bayraq günü”nə həsr olunmuş “İnşa yazı” müsabiqəsində – I yer
4. Rufanə Əli qızı Allahverdiyeva 18 oktyabr “Müstəqillik günü”nə həsr olunmuş rayon məktəbləri arasında keçirilmiş “İnşa yazı ” müsabiqəsində –I yer
5. İsmayılzadə Nərmin Natiq qızı 21 sentyabr – Beynəlxalq Sülh Gününə həsr olunmuş “Mən sülhə səs verirəm” Rəsm müsabiqəsində ­ – I yer, 26 fevral “Xocalı Soyqırımı”nın IX il dönümünə həsr olunmuş rəsm müsabiqəsində – II yer, Qeyd etmək lazımdır ki, Nərmin iyun ayında ABŞ - da keçirilən Rəsm Festifalında iştirak etmişdir.
6. Rufanə Əli qızı Allahverdiyeva 20 yanvar – “Ümumxalq hüzn günü”nə həsr olunmuş “Qəhrəmanlar unudulmur” şeir müsabiqəsində fərqlənmə diplomuna layiq görülüb.



7. Eyla Müşfiq qızı Fərhadova 18 oktyabr “Müstəqillik günü”nə həsr olunmuş rəsm müsabiqəsində “rəsm müsabiqəsində” – I yer ,12 noyabr “Konstitusiya günü”nə həsr olunmuş “Mən Konstitusiyanı öyrənirəm” rəsm müsabiqəsində – II yer
8. Maya Elçin qızı Abbasova 5 oktyabr – “Müəllimlər günü”nə həsr olunmuş “İnşa yazı ” müsabiqəsində – III yer
9. Rəna Vüqar qızı Məmmədova 9 noyabr – “Bayraq günü” nə həsr olunmuş “şeir” müsabiqəsində ­ – III yer
10. Əfsanə Habil qızı Muxtarova 12 noyabr – “Konstitusiya gününə ” həsr olunmuş “Mən Konstitusiyanı öyrənirəm” “İnşa yazı ” müsabiqəsində – II yer
11. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci il dönümünə həsr olunmuş “Breyn- rinq” intellektual yarışında iştirak etmiş şagirdlər İlhamə Qasımzadə , Əhməd Qurbanov, Cəmil Baqıyev, Pərvanə Məlikli, Zeynəb Hacıyeva, Bənövşə Məmmədova – III yer tutmuşlar.
12. Mayın 10- da keçirilən “Gül” bayramı müsabiqəsində də I yerə layiq görülmüşük.
       Sinifdənxaric və məktəbdənkənar tədbirlərin keçirilməsi ilə zəngin olan dərs ilində bir sıra şagirdlərimizin xüsusi qabiliyyətə , bacarığa , istedada malik olmasını da aşkar etdik və bu sahə məktəbdə irəli gedən sahələrdən oldu. Məktəbimiz bir sıra şəhər, rayon, məktəb səviyyəli tədbirlərə ev sahibliyi etdi. Dərs ili ərzində aşağıdakı tədbirlər keçirildi:
  • Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edilmiş “Sönməz məşəl” ədəbi bədii kompozisiya, 05.05.2011, təşkilatçı Sahibə Sanıyeva
  • “Yer kürəsi evimizdir” 03.05.2011, təşkilatçı coğrafiya fənn metodbirləşməsi 
  • “Bahar gəldi” 14.05.2011, təşkilatçı İngilis dili fənn metodbirləşməsi 
  • Çernobıl faciəsinin 25 illiyinə həsr edilmiş “İnsanlıq tarixinin ən böyük faciəsi- Çernobıl”ədəbi bədii kompozisiya, 20.04.2011, Nizami RİH aparatının iştirakı ilə rayon tədbiri


  • Biz nələri öyrəndik? 27.05.2011, təşkilatçı 1d sinfi
  • Beynəlxalq Sülh gününə həsr olunmuş “Sülh göyərçinləri” ədəbi bədiikompozisiya, təşkilatçı 2a sinfi

  • Respublika günü münasibətilə “28 may Respublika günü”ədəbi bədii kompozisiya, 20.05.2011, təşkilatçı Gülzar Kələntərova
  • “Gözəl bahar” bahar təravətli tədbir, təşkilatçı biologiya fənn metodbirləşməsi  
  • “Dahi siyasətçi və dahi bəstəkar”,Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edilmiş “Sönməz məşəl” ədəbi bədii kompozisiya, 04.05.2011, təşkilatçı Tahirə Hüseynova 
  • “Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası”nın şagirdlərlə birgə görüşü 19.05.2011, təşkilatçı məktəb psixoloqu Z.İsayeva  
  • Rus dilinin intensiv öyrənilməsi layihəsi çərçivəsində “Мы изучаем русский язык” ədəbi bədii gecə , təşkilatçı rus dili fənn metodbirləşməsi



  • “Şagird şəxsiyyətinin formalaşmasında, layiqli vətəndaş kimi yetişməsində məktəbdənkənar və sinifdənxaric tədbirlərin rolu ” Nizami-Nərimanov metodkabineti ilə birgə tədbir.
  • “İbtidai siniflərdə qiymətləndirmə mexanizminin tədbiqi” Nizami-Nərimanov metodkabineti ilə birgə tədbir.


  • “Abdulla Şaiqin 130 illik yubileyinə həsr olunuş tədbir ” , təşkilatçı 3a sinfi



  • Şəhid N.Həmzəyevin xatirəsinin yad edilmə günü “Namiq Həmzəyev-41” ədəbi bədii gecə

  • Xocalı faciəsinin ildönümünü həsr edilmiş “Xocalı – dərdim mənim” ədəbi bədii kompozisiya, 24.02.2011 məktəb tədbiri
  • 20 yanvar faciəsinin ildönümünə həsr edilmiş “ 20 yanvar ”ədəbi bədii kompozisiya, 2011, məktəb tədbiri
  • “1 mart – ümumdünya mülki mühafizə günüdür” 01.03.2011 Nizami rayon Mülki Müdafiə şöbəsi ilə birgə tədbir 
Cari ildə məktəbimizin şagirdləri idman sahəsində də xeyli uğurlar əldə etmişlər. Belə ki: 
  • Məktəbimizin komandası Nizami rayon məktəblilərinin arasında keçirilən “Şahmat”yarışında I yer tutmuşlar(Sona Hüsynzadə,Sədrəddin Məmmədov,Nicat İsmayılov,Habil Qəmbərli,Vüqar Əsədli,Nərmin İsmayılova).

  • Məktəbimizin Nizami rayon məktəblilərinin arasında keçirilən “Dama”yarışında da komandamız I yeri tutmuşlar (Nərmin İsmayılova, Sədrəddin Məmmədov, Nicat İsmayılov, Vüqar Kərimli, Cəmilə Bayramlı).
  • Nizami rayon məktəblilərinin arasında keçirilən “Stolüstü tenis” yarışında şagirdlərimiz II yeri tutmuşdular(Yasin Fazilzadə, İsrafil Əliyev, İlqar Əliyev, Ləman Qarayeva, Qəzənfər Nəbiyev, Fəqumə İsmayılova ).
  • Məktəbimizin komandası Ümummilli lider Heydər Əliyevin 88-ci il dönümünə həsr olunmuş rayon məktəblərinin arasında “Güllə atıcılığı” növü üzrə II yerə layiq görülmüşdür. (Mustafayev Ərşad Qənanalı oğlu, Əliyev Elməddin Əkbərağa o, Rəhimova Aytən Azər q.)
  • Bakı şəhər birinciliyində “Şahmat” komandamız II yerə layiq görülmüşdür.
  • 2 fevral “Gənclər Gününə ” həsr olunmuş rayon məktəbliləri arasında keçirilən “Dama” yarışında komandamız I yerə layiq görülmüşdür.( Bayramlı Cəmilə,Kərimli Vüqar,İsmayılov Nicat)
  • Azərbaycan Respublikasının Milli Qəhrəmanı şəhid Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunmuş Nizami rayon məktəblilərinin arasında keçirilən “Dama” yarışında Kərimli Vüqar III yerə layiq görülmüşdür.
  • Dövlət Müstəqilliyi günü münasibətilə rayon məktəbliləri arasında keçirilən şahmat yarışında Sədrəddin Məmmədov II yerə layiq görülmüşdür.
  • Heydər Əliyevin 88-ci il dönümü münasibətilə Rayon Məktəblilərinin arasında keçirilən şahmat yarışında Sədrəddin Məmmədov II yerə layiq görülmüşdür.
       Bu uğurların ağırlığını məktəb kollektivinin hər bir üzvü öz çiyinlərində birgə daşımışlar. Məktəbimizin nailiyyətləri burda çalışan müəllimlərimizin uğurlarıdır.  



Direktor          I.Ə.Talıbov