Gallery

My New York and Washington visit. In Sweden and Norway.
I have been in Norway and in Sweden this year. We attended in Oslo and Stockholm University. 



In Italy ,Hungary and Spain
I have been in Italy ,Hungary  Spain. I  attended in Central European  University in Budapest. Central European University in an English language, graduate University located  in Budapest, Hungary . The University is accredited in the United State and Hungary.



CEU has developed a distinct and intellectual focus combining  the comparative  study of the region ‘s historical, cultural and social diversity with a global perspective on good  governance sustainable development and social transformation




In Czech Republic, Austria, Germany
Last year l visited to Czech Republic ,Austria and Germany. I awarded certificate of attendance in the Seminar in Prague. I attended course in the seminar “Methodology of Teaching  English language in Europe.





In England
Last year i visited to England by AzETA. I awarded certificate of attendance International House London. I attended course in Classroom Skills for Secondary Teachers at International House London. The course was designed for secondary school teachers who teach English as a part of the general curriculum. It was mainly methodology based and the language work focused specifically on improving competence and confidence.  




In the USA
I have been in America with Friendship Force International. I am a member FFI. In this way we can sharing experiences and getting to know each other on a personal basis. I awarded certificates from USA. I participated in meetings concerning the cultures of Azerbaijan and US, successfully representing and sharing cultural events of both countries. In USA-Wyoming-Cheyenne I met Mayor Jack Spiker. He gave me Donanary Citizen of   Cheyenne.  




In the Turkey
Bakı şəhəri Nizami rayonu 238 №-li tam orta məktəbin bir qrup müəllim və şagirdi “Qardaş məktəb” layihəsi çərçivəsində 19-26 aprel 2012-ci il tarixlərində Türkiyə Respubıikasında olmuşlar.
Ankara hava limanında Azərbaycanlı qonaqları Türkiyə Əmlak Bankı İlkögrətim məktəbinin müəllim və şagird kollektivi qarşılamışdır. Rəsmi qarşılama mərasimi Türkiyə Əmlak Bankı İlkögrətim məktəbində olmuşdur, məktəb Azərbaycanın və Türkiyənin Dövlət bayraqları ilə bəzədilmişdir.
Azərbaycanlı qonaqlarla bərabər məktəbin kollektivi Mustafa Kamal Atatürkün məzarını ziyarət etdi, Atatürkün məzarı başına məktəbin adı yazılmış gül çələngi qoydu, xatirə kitabına ürək sözlərini yazdı. 23 aprel –Milli Suverenlik və Uşaq bayramına qatıldıq. Bayram tədbiri Azərbaycan və Türkiyənin Dövlət himnləri ilə başlandı. Hər iki məktəbin şagirdləri maraqlı nömrələrlə çıxış etdi. Türkiyə Əmlak Bankı İlkögrətim məktəbinin şagirdləri milli və dünya xalqlarının rəqslərini ifa etdilər. 238№ li tam orta məktəbin şagirdləri Məhəmməd Abbasov “Qarabağ şikəstəsi” , Elnur Abbasov “Qarabağ” (sözləri Rəfiq Zəkanın, musiqisi Cahangir Cahangirovun), “Bakı nəğməsi”(Sözləri Ənvər Əlibəylinin, musiqisiTofiq Quliyevin), Nəzrin Məmmədli “Azərbaycan” şeiri (Bəxtiyar Vahabzadə), Aydan Heydərli Məhəmməd Abbasovun ifasında “Sarı gəlin”xalq mahnısını təqdim etdi, Aydan və Nurlan birlikdə “Naz eləmə” , “Qaytağı”rəqslərini ifa etdilər. Azərbaycanlı şagirdlər eyni zamanda türk musiqiləri də ifa etdilər. Türkiyə Əmlak Bankı İlkögrətim məktəbinin şagirdləri Azərbaycan rəqslərini ustalıqla ifa edə bildilər. Tədbirin sonunda Bakı şəhəri Nizami rayonu Namiq Həmzəyev adına 238 № li tam orta məktəbin direktoru İlqar Talıbov, Türkiyə Əmlak Bankı İlkögrətim məktəbinin müdiri Müzəffər Sarı çıxış edərək məktəblilərin timsalında bütün Türk Dünyasının uşaqlarını Milli Suverenlik və Uşaq bayramı münasibətilə təbrik etdilər.


24 aprel Böyük Millət Məclisində Türkiyənin Baş Naziri Rəcəb Tayyib Ərdoğan məktəbin nümayəndə heyyəti ilə görüş keçirdi. Ən yadda qalan hadisə olaraq , Rəcəb Tayyib Ərdoğan nitqinə Ulu Öndərimiz Heydər Əliyevin adını anaraq ” Biz bir millət iki dövlətik ” sözləri ilə başlaması oldu . Uşaqları bayram münasibəti ilə təbrik etdi. V-ci sinif şagirdi Aydan Heydərli Baş Nazirə bütün azərbaycanlı uşaqlar adından “Bir ürəkdə iki can, Türkiyə- Azərbaycan” deyərək gül dəstəsi təqdim etdi. Baş Nazir Azərbaycanlı uşaqlarla tək-tək görüşdü və xatirə şəkli çəkdirdi. Görüş unudulmaz təsüratlarla yaddaqalan oldu.
Türkiyə Respublikasının İqtisadiyyat Naziri Zəfər Çağlayanla da görüş keçirdik, uşaqlarla xatirə şəkilləri çəkdirdi.
 Türkiyənin iqtidar partiyası AKP- nin millət vəkili Hacı Bayram Türkoğlu ilə görüş də yaddaqalan oldu. Millət vəkilinə Azəbaycanın milliliyini əks etdirən hədiyyələr təqdim olundu. Millət vəkili Hacı Bayram Türkoğlu Böyük Millət Məclisinin binasında Azəri qonaqların şərəfinə ziyafət verdi, xatirə şəkilləri çəkildi.