Demo lessons

İngilis dilinin tədrisində didaktik oyunlardan istifadə təcrübəsindən .
Solmaz Süleymanova
       Bakı şəhəri Nizami rayon 238 №-li tam orta məktəb
“Ən yaxşı müəllim” müsabiqəsinin (2010-cu il) qalibi, ingilis dili müəllimi.  Solik_1973@mail.ru
      Azərbaycan dünya birliyi ölkələri ilə ictimai həyatın bütün sahələrində səmərəli əməkdaşlıq edən bir ölkədir. Buna görə də başqa fəaliyyətlərlə yanaşı, bir və ya iki xarici dildə ünsiyyət qurmagı, əlaqə saxlamağı bacaran şəxsiyyətin formalaşdırilması müasir təhsil sisteminin mühüm vəzifələrindən biridir. Xarici dil müxtəlif xalqların və dövlətlərin ictimai-siyasi , iqtisadi, elmi-mədəni həyatı haqqında biliklərin əldə olunmasına, xarici ölkələrin müxtəlif sahələrdə qazandığı təcrübəni birbaşa öyrənməyə imkan verir.Xarici dilə mükəmməl yiyələnmiş hər bir gənc harada olmasından asılı olmayaraq , ölkəmizi layiqincə təmsil etməklə yanaşı, respublikamızda baş verən prosesləri dünya ictimaiyyətinə birbaşa çatdırmaq imkanı verir. Məhz ona görə də şagirdlərdə şifahi nitqin inkişaf etdirməklə yanaşı, lüğət ehtiyyatını zənginləşdirməsi, əsas zəruri qrammatik anlayışların və dil konsturiksiyalarının mənimsənilməsi, oxu, yazı texnikası və yazılı nitq, dinləyib-anlama vərdişlərinin təmin olunması biz müəllimlərin əsas vəzifəsi olmalıdır.
       Dil duyumunun , nitq fəaliyyəti üzrə kommunikativ bacarıqlarının inkişaf etdirmək üçün müxtəlif vasitələrdən, didaktik oyunlardan istifadə edilməsi təhsilin səmərəliyini artimaqla yanaşı dilin daha tez öyrənilməsinə səbəb olur.
       Didaktikliv oyun şagirdin əqli inkişafına ciddi təsir göstərir. Şagirdin psixi prosesləri-duyğusu, qavrayışı, hafizəsi, təxəyyülü, təsəvvürü, təfəkkürü inkişaf edir.

       “Fərqi tap”- oyununda əvvəlcə şəkillərnən tanış oluruq . Mətn qurulur, yeni sözlərin izahından sonra hər iki şəkildəki fərqi tapırlar. Bu zaman cümlələri özləri fikirləşib qurduqları üçün daha çox yadda qalan olur. “there is, there are” feli bağlamalardan da isrifadə edirlər. Həm də dərs əyləncəli olduğu üçün şagirdlər həvəslə çalışmaları yerinə yetirirlər.
       Rollu oyun zamanı şagirdlər hər hansı situasiyanı səhnələşdirirlər.
Rollu oyunlar şagirdləri müstəqil fikir söyləməyə, düşündüklərini həyata keçirməyə böyük imkan yaradır. Hər hansı bir mətnin, hekayənin, əsərin mənasını daha aydın başa düşülməsində rollu oyunların böyük əhəmiyyəti var. Rollu oyunlar intensiv təlimə əsaslanır. Şagirdlər bütün məlumatları yadında saxlayır, emosional olur və hadisələrə real münasibət göstərirlər. Bu oyunlar şagirdlərin bacarıq və qabiliyyətlərini üzə çıxarır, onlarda şifahi nitq bacarıqlarının yaranmasına müsbət təsir edir.

       Şəkillərlə verilmiş bu oyun uşaqlarda söz ehtiyatının artırılmasına kömək edir. Şəkillərlə verilmiş mətni sözlərlə əvəz etməliyik. Şagirdlər məhsuldar fəaliyyət göstərərək şifahi nitq vərdişlərini təkmilləşdirirlər. Onların lüğət ehtiyyatı yeni sözlərlə zənginləşir.
       “Nağıl qəhrəmanları” oynunda şagird verilmiş şəkillərdən istifadə edərək qəhrəmanların adlarını düzgün formada yazır.

       Krossvord və söz oyunları sözlərin və anlamların daha tez öyrənilməsi və yadda saxlanılmasında əhəmiyyəti böyükdür. Ona görə sözlərin daha tez yadda qalmasında bu oyunlardan istifadə edirəm. Itə bənzər krossvord ətrafında olan sözləri onun içərisində tapıb yerləşdirirlər.


      Christmas bayramı ilə bağlı oyunlarda şagirdlər başqa dillərdə verilmiş “Bayramınız mübarək”sözünü tapıb ox vasitəsilə işarələyir və aşağıda verilmiş suallara cavab verir. Bu oyun danışma vərdişi yaradaraq ingilis dilində sərbəst, sürətli, sadə və mövzuya uyğun ünsiyyət yaratmaq imkanı verir.
Düzgün forması isə budur:
Qarışıq verilmiş bu parçalardan kəsib şaxta baba yaradırlar.

Əşyaların rəngini və adlarını şəkil üzərində göstərirlər.

       Verilmiş sözlərdən istifadə edərək şəkil çəkirlər. Bu oyun cütlüklərlə daha səmərəli olur. Bir şagird sözləri deyir, o biri şagird isə çəkir. Çəkən şagird eşitdiyi sözlərdən istifadə edərək şəkli sona yetirir.
       Qrammatik qaydaların tez mənimsənilməsi üçün didaktiv oyunlardan da istifadə olunur. Ağac yarpaqlarında sifətin dərəcələri (müqayisə və üstünlük) verilib. Şagirdlər bu ağacın kökünü tapmalı və sifətin adi dərəcəsini yazmalıdır.

       Söz önlərinə və bağlayıcılara aid kartlar hazırlayıram. Onu kəsib qarışdırır sonra şagirdlərə paylayıram. Buraxılmış yerləri şagirdlər söz önlərindən yaxud bağlayıcılardan istifadə edərək doldururlar.
       Sayların öyrədilməsində belə kartlar paylayıram. sayların seçilib yazılmasını tapşırıram.Qazanılmış biliklərin tapşırıqlar üzərində tətbiqi ilə bacarıqların formalaşmasına səbəb olur.


       Dinləyib-anlama, danışma vərdişlərinin yaranmasında mühüm vasitələrdən biridir. Ona görə dinləyib- anlama bacarıqları çevik inkişaf etdirilməlidir. Mahnılar şagirdlərin əhval ruhiyyəsini artırmaqla yanaşı , şifahi çalışmaları cəld yerinə yetirirmələrinə səbəb olur. Şagirdlər mahnıya qulaq asırlar və mətnindəki buraxılmış sözləri düzgün formada yerinə yazırlar.Şagirdlərin maraqlarından asılı olaraq mətnə uyğun rəsm də çəkə bilərlər.
       
       Bütün bunlardan belə nəticəyə gəlmək olar ki, ingilis dilinin öyrənilməsində didaktik oyunlardan istifadə təhsilin keyfiyyətini artırır.